Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanan sığorta haqlarının 25,2%-i və ya 63,5 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiyasiyasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 22,83 milyon manat və ya təxminən 56% böyüyüb.
Həyat sığortası üzrə yığımların 51,6% və ya 32,8 milyon manatı həyatın yaşam sığortasının, 33%-i və ya 21 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15%-i və ya 9,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 239 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
2014-cü ilin ilk 7 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,8 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,2%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 2,3 milyon manat və ya təxminən 94% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 53,1%-i və ya 2,55 milyon manatı həyatın yaşam sığortasının, 36,2%-i və ya 1,74 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10,4%-i və ya 0,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 7,56 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyul aylarında bu göstərici 6,07 manat olub.
Fins.az