Sığortaçıların sığorta xidməti göstərməkdən imtina etməsi qadağan olunur | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Sığortaçıların sığorta xidməti göstərməkdən imtina etməsi qadağan olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İcbari sığorta növləri haqqında" qanuna düzəlişləri təsdiqləyib.

Düzəlişlərə əsasən, sığorta şirkətləri maraqlanan şəxsin əmlak sahibi olub-olmamasından asılı olmayaraq, sığorta hadisəsi nəticəsində sığorta ödənişi həyata keçirmək məcburiyyətində qalacaqlar. Çünki bu zaman sözügedən şəxs zərərçəkmiş qismində çıxış edir. Sığorta olunan şəxs dünyasını dəyişdikdə isə zərərçəkmiş tərəf qismində onun ailəsi çıxış edəcək.

Səlahiyyətli orqan 10 gün ərzində sığorta hadisəsi faktı üzrə sorğunu təmin etməlidir (təbii ki, əgər məlumatın bildirilməsi "Məlumat əldə etmək haqqında" qanunla qadağan edilməyibsə).

Ödənişlərin həyata keçirilməsini gecikdirən sığortaçı hər gecikmə günü üçün sığorta ödənişinin 0.1%-i məbləğində cərimə ödəyəcək. 

Bundan əlavə, düzəlişlərdə qeyd olunur ki, sığortaçılar sığorta olunanın risk səviyyəsindən asılı olmayaraq, icbari sığorta xidmətləri göstərməkdən imtina etmək hüququndan məhrum olunacaqlar.

Sevinc İbadova/Banco.az