Bu qənaətə “The Banker” jurnalı apardığı araşdırmadan sonra gəlib.
Jurnalın hazırladığı “Top 1000 Dünya Banklarının reytinqi”ndə aktivləri ən sürətlə artan 10 ölkə göstərilib. Azərbaycan reytinqdə bank aktivlərinin 2012-ci il ilə müqayisədə 2013-cü ildə 24.41% artmasına görə 3-cü yeri tutub.
Reytinqdə göstərilir ki, Azərbaycan banklarının cəmi aktivləri 9.78 milyard ABŞ dollarıdır. Amma bu rəqəm Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı göstərici ilə üst-üstə düşmür. Belə ki, AMB-nin məlumatına görə, 2013-cü ilin sonuna bankların aktivləri 26,1 milyard dollar olub. Bu, 2012-ci il ilə müqayisədə təxminən 5 milyard dollar və ya 23,3% çoxdur.
“The Banker”in reytinq siyahısına banklarının aktivləri 31.78% artmış Venesuella başçılıq edir. Bolqarıstan, Filippin və İran banklarının aktivləri ən böyük nisbətdə yüksələn digər ölkələr olub.
№
|
Ölkənin adı
|
Bank aktivlərinin məbləği (milyard ABŞ dolları ilə) |
2012-ci illə müqayisədə artım dinamikası |
1 |
Venesuela |
159,08 |
31,78% |
2 |
Bolqarıstan |
7,44 |
26,52% |
3 |
Azərbaycan |
9,78 |
24,41% |
4 |
Filippin |
145,09 |
23,79% |
5 |
İran |
359,34 |
23,19% |
6 |
Yunanıstan |
494,18 |
22,77% |
7 |
Qətər |
248,47 |
19,54% |
8 |
Özbəkistan |
5,69 |
19,52% |
9 |
Ukrayna |
58,50 |
19,37% |
10 |
Kosta-Rika |
22,89 |
19,02% |
Mənbə: marja.az