Mərkəzi Bank və onun digər banklardan fərqi? | Banco.az

Mərkəzi Bank və onun digər banklardan fərqi?

Çoxlarınız onu hələ də “Mill Bank” deyə adlandırırsınız.  Amma əslində “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə  “Azərbaycan Respublikası Milli Bankı”-nin adı dəyişərək “Azərbaycan Respublikasının Mərkəzi Bankı” oldu.

Məgər bunu mənimsəmək üçün 5 ilin ötməsi bəs etmir, hələ nə qədər ətrafımızda baş verənlərə laqeyd qalacağıq?

Çoxları düşünür ki, bir bank böyük və nüfuzlu olarsa, yəqin ki, onun müştərilər də çox olar. “daha yaxşı şərtlər ilə kredit verər”, əmanətlərə çox pul təklif edər yəqin ki”.

Çox acınacaqlıdır ki, azərbaycanlı müştəri hələ də Mərkəzi Bankın funksiyalarını, onun rolunu tam dərk etmir.

Mərkəzi Bank fiziki şəxslərə nə kredit vermir, nə də əmanət qəbul etmir..

Mərkəzi Bank anlayışı

Mərkəzi bank ölkənin (və ya ölkələr qrupunun) pul sistemi üzərində nəzarətə görə məsuliyyət daşıyır. Mərkəzi bankın geniş vəzifə ödhədlikləri vardır – pul-kredit sisteminin tənzimlənməsi, həmçinin öz ölkəsinin valyuta stabilliliyin qorunması, aşağı inflyasiya səviyyəsi, tam məşğulluq kimi konkret hədəflərə nail olmaq. Mərkəzi bank həmçinin valyuta emissiya edir, dövlət bankı funksiyasını gerçəkləşdirir, kredit sistemini tənzimləyir, kommersiya banklarına nəzarət edir, ehtiyatları idarə edir və ən üst instansiyada yerləşən kreditor hesab olunur (mərkəzi bank dövlətə və digər kommersiya banklarına kredit verir).

Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.

Mərkəzi Bankın məqsədləri

  1. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyininin təmin edilməsidir.
  2. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.
  3. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.

Mərkəzi Bankın funksiyaları

Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:

  • 1. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
  • 2. nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
  • 3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
  • 4. qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
  • 5. sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
  • 6. qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
  • 7. «Banklar haqqında» və «Poçt haqqında» Azərbaycan Respublikası qanunlarına, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
  • 8. ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.

Mərkəzi Bankın müstəqilliyi

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən, Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.

Mərkəzi Bankın təşkilati strukturu

  • 1. Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir.
  • 2. Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.
  • 3. Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.

Mərkəzi Bankın fəaliyyəti ilə daha ətraflı tanış olmaq üçün

Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanunu