İSB icbari avtomobil sığortası üzrə vahid klirinq sistemi hazırlayır | Banco.az

İSB icbari avtomobil sığortası üzrə vahid klirinq sistemi hazırlayır

Azərbaycanda İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişlərlə bağlı tələblərin emalının vahid klirinq sistemini hazırlayır. Bu barədə cümə günü Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumunda İSB-nin rəhbəri Elxan Quliyev məlumat verib.

O, qeyd edib ki, AVSMMİS ölkənin icbari sığorta bazarının ən mühüm elementlərindən biridir: "Bununla yanaşı, sığortaçılar sığortanın bu növü və müştərilərlə işə müxtəlif yanaşmalardan istifadə edirlər ki, bu da konkret seqmentə və bütovlükdə bütün bazara mənfi təsir edir".

E.Quliyevin sözlərinə görə, ona görə də İSB vahid, mərkəzləşdirilmiş idarəetmə sisteminin və icbari avtomobil sığortası sahəsində ödəmələr üzrə tələblərin emalının hazırlanmasına başlayıb: "Bu sistemin üstünlükləri sırasında bütün şirkətlər arasında sənəd dövriyyəsi, eləcə də elektron formada dövriyyəni qeyd edə bilərəm. Bundan əlavə, sığortalanmış vətəndaşlar müvafiq SMS-xəbərdarlıqlar ala, həmçinin real vaxt rejimi ilə onlar tərəfindən daxil edilmiş sığorta hadisəsi üzrə ödənişə tələbin statusunu izləyə bilərlər".

Ən sərfəli kredit üçün müraciət et

İcbari Sığorta Bürosuna 15 sığorta şirkəti daxildir. Onlardan 11-i AVSMMİS polislərinin satışı hüququna malikdir.

Mənbə: trend.az