İlkin ödənişsiz ipoteka bank üçün riskdir | Banco.az

İlkin ödənişsiz ipoteka bank üçün riskdir

Əksər ipoteka almaq istəyən müştərilər üçün ilkin ödəniş ən başlıca maneədir

Əlində nağd vəsaiti və pul yığmaq təcrübəsi olmayan müştərilər ipoteka üçün tələb olunan ilkin ödənişi etməkdə çətinlik çəkir. Bu məsələ həm dövlət ipotekasında, həm də özəl, bank hesabına verilən ipoteka kreditlərində öz aktuallığını qoruyur. 

Bank sahəsinin mütəxəssisləri isə məsələyə fərqli yanaşır.

Məsələn Bank VTB-nin idarə heyətinin sədri Aleksandr Yeryomin bildirir ki, ilkin ödənişin tətbiqi mütləqdir. Bu, müştərinin ödəmək ilə bağlı başlıca motivasiyasıdır.

Belə ki ilkin ödəniş ləğv edilən kimi, risk həcmi inanılmaz dərəcədə, yüksək templərlə artır. Bunu nəinki Azərbaycan təcrübəsi, eləcə də beynəlxalq təcrübə və Rusiya banklarının təcrübəsi də göstərir.

Ən sərfəli kredit üçün müraciət et

“Bu zaman elə bir müştəri çevrəsi yaranır ki, onlar kredit ödənişlərinə olduqca məsuliyyətsiz yanaşır. Ona görə də hər hansı bir üsulla müştərini motivasiya etmək lazımdır. Müştəri anlamalıdır ki, öz öhdəliyini yerinə yetirmədiyi təqdirdə, onun nəyisə itirmək ehtimalı, qorxusu vardır. Onda o, digər məsələlərə daha məsuliyyətlə yanaşacaq, ayda nə qədər ödəməyə gücü çatdığını dəqiq biləcək, ödənişlərə və s. məsələlərə daha ciddi yanaşacaq” – Cənab Yeryomin qeyd edir.

Bank VTB-nin verməyə başlayacağı ipoteka kreditlərində ilkin ödənişin həcmi təxminən 20% olacaq. 100 min AZN məbləğlə, 12%-lə və 20% ilkin ödəniş ilə, orta hesabla 5-7 və maksimum 10 il müddətinə kreditlər verilməsi nəzərdə tutulur.

Könül Soltanova / Banco.az