Auditor köməkçisi | Banco.az
Rabitəbank

Auditor köməkçisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: Auditor köməkçisi

Vəzifə üzrə fəaliyyət:

  • Auditin iş sənədlərini elektron qaydada və ya kağız formatında hazırlamaq.
  • Vaxt resursunu bölüşdürmə sistemini yazmaq.
  • Audit heyəti ilə yoxlamalar zamanı iştirak etmək.
  • Audit funksiyası üçün sənəd dövriyyəsinin idarə etməsində iştirak etmək.
  • Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditi və təftişini aparmaq.
  • Uçot, statistika, məlumatların ötürülməsi və işlənməsi auditini aparmaq.
  • Audit barədə hesabatları tərtib etmək və onların nəticələrini auditora təqdim etmək.
  • Müştərilərin hesab qalıqları üzrə təsdiqnamələrin vaxtında bitirilməsini və müvafiq məzmuna malik olmasını təmin etmək.

Vəzifəyə olan tələblər:

  • İqtisadi və ya hüquqi təhsilin olması,
  • Minimum 1 il bank təcrübəsi
  • Analitik düşüncə tərzi,
  • Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
  • Vətəndaş qüsursuzluğuna malik olmaq,
  • Kollektivdə işləmək qabiliyyəti,
  • Qarşısına qoyduğu məqsədə çatmaq və insanlarla tez ünsiyyətə girə bilmə qabiliyyəti,
  • Kompüterdə  işləyə bilmə qabiliyyəti,
  • Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək,

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Auditor köməkçisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.