Faizləri itirmədən depozitdən pul çıxarmaq olarmı? | Banco.az

Faizləri itirmədən depozitdən pul çıxarmaq olarmı?

Böyük məbləğdə pul yığmaq, həm də de depozitləri bankda saxlamaq istəyirsiniz, lakin sizi bir məsələ narahat edir: İstənilən an sizə nağd pul lazım ola bilər, bəs onda nə etməli?

Belə halda ən yaxşı üsul, sizə əmanət edilən vəsaitin bir hissəsindən istifadə etmək imkanı verən depozit məhsulunu seçməkdir.

Əmanətləri hissə-hissə çıxarmağı nəzərdə tutan depozit məhsulları, sizə öz faizlərinizi itirmədən pulunuzdan istifadə etmək imkanı verəcəkdir. Bu məhsulun üstünlüklərini hər an təcili pula ehtiyac duya biləcək bank müştəriləri qiymətləndirə bilər.

Məsələn, 3000 manatınız depozitdədir, xarici səfəriniz var, sizə təcili 1000 AZN lazımdır ki, biletlərinizi sifariş edəsiniz, ezamiyyət haqqını isə qayıtdıqdan sonra ödəyəcəklər. Axı niyə belə bir anda öz pulunuz ola-ola borc ala və ya kredit götürəsiniz?

Təəssüf ki, hazırda çox az miqdarda bank məhsullarında depozit məbləğindən istifadə etmək imkanı verilir və əksər hallarda bu məhsullarda ya depzoit faizləri aşağı olur, ya da ilkin depozit məbləği yüksək olur.

Məsələn Bank Standard-ın Premier depozit məhsulunu nəzərdən keçirə bilərsiniz. Bu zaman əmanəti açmaq üçün minimum məbləğ 20 000 AZN-dir və minimal azaldılmaq məbləğ də 20 000 AZN-ə bərabərdir. Bu o deməkdir ki, əgər siz hesaba 25 000 qoyaraq depozit açsanız, məbləğin 5000 manatından sizə lazım olduqda istifadə edə və geri qaytara bilərsiniz.

Məhsulun digər şərtləri ilə burada tanış ola bilərsiniz.

 

Bank of Baku-nun Dinamik əmanəti də sizə depozit məbləğindən hissə-hissə istifadə etmək imkanı verir. Yəni siz öz əmanətinizi azalda və geri qaytara bilərsiniz. Lakin azaldılan məbləğ min. 100 AZN olmalıdır. Depoziti açmaq üçün tələb olunan məbləğ də minimum 100 AZN-dir. Azaldılan və geri qaytarılan məbləğin faizləri nisbətən fərqli üsulla hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Bu məhsul ilə bağlı daha ətraflı tanış olmaq üçün linkdən keçid edə bilərsiniz.

Hazırda Bank of Baku-da  “Əmanətə +1% HƏDİYYƏ” kompaniyası keçirilir.

AccessBankın “Əlverişli Əmnaət”-ı də bu baxımdan sərfəlidir.

Əmanəti açmaq üçün minimal məbləğ 50 AZN-dir və vəsaitinizdən sərbəst şəkildə istifadə edirsiniz, yetər ki, balansınızda qalan minimal məbləğ 50 AZN olsun. Yəni 1000 manatla depozit hesabı açsanız, həmin vəsaitin 950 manatını istifadə edib, geri qaytara bilərsiniz. Faizlər balansda qalan məbləğə hesablanır və faizləri götürmədikdə əsas məbləğə əlavə olunur.  

Digər şərtlər ilə burada tanış ola bilərsiniz.

Əgər əmanəti yerləşdirdiyiniz bankda, belə bir şərt nəzərə alınmayıbsa və siz pul vəsaiti çıxartmaq istəsəniz indiyə qədər yığılmış faizlərin böyük bir hissəsini itirəcəksiniz. 
 

Bir qayda olaraq, bankla imzalanan müqavilədə AZALDILA BLMƏYƏN QALIQ məbləğ göstərilir. Yəni siz depozitdən vəsait çıxartsanız da, minimum olaraq, həmin məbləğ hesabda qalmalıdır. Digər tərəfdən banklar depozitdən çıxarılan məbləğ ilə bağlı da limit qoya bilər. Məsələn azaldılan məbləğ minimum 100 AZN olmalıdır.

 Yığım əmanətlərində əgər belə bir funksiya olarsa, onda AZALDILA BLMƏYƏN QALIQ depoziti açmaq üçün lazım olan ilkin məbləğə də bərabər ola bilər.

Həmçinin depozitdən pul çıxarmaq ilə bağlı zaman məhdudiyyəti də tətbiq edilə bilər, məsələn hansı müddətdən sonra bank sizə öz depozitinizdən pul çıxarmaq imkanı verir. Bu depoziti açandan 30, 60 və ya 90 gündən sonra ola bilər. 

Könül Soltanova|Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et