FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatının 2001-ci ildən etibarən fəaliyyət göstərən Sumqayıt filialı, 02 Aprel 2014-cü il tarixində 10 milyon kredit portfeli hədəfinə çatması və 13 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlara həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə təşkilatın ölkə direktoru Timoti Tarrant və digər rəhbər şəxsləri ilə yanaşı, yerli dövlət qurumları, müxtəlif bankların nümayəndələri və filialın daimi müştəriləri də iştirak etmişdir.
Portfel sayına görə FINCA Azerbaijanda lider olan Sumqayıt filialı 10 milyon kredit portfelini bağlayan və ən uzun müddət əməkdaşlıq etdiyi 2 müştərisini dəyərli hədiyyələrlə mükafatlandırmışdır. Tədbirdə həmçinin, FINCA Azerbaijanın bütün 65 filialında icra olunacaq “hər filialda 1/150.000-ci müştəri” adlı layihə çərçivəsində seçilmiş müştəri də öz xüsusi hədiyyəsini almışdır.
Sumqayıt filialı hal-hazırda 45 nəfərdən ibarət işçi heyətilə əsasən kənd təsərrüfatı, kiçik və orta bizneslə məşğul olan sahibkarlara – 5500 nəfərə yaxın aktiv müştəriyə maliyyə xidmətləri göstərir.