TBC Kredit
TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanda ipoteka kreditlərini ilk olaraq TBC Kredit verməyə başlamışdır.
TBC Kredit Azərbaycan bazarındakı uğurlu fəaliyyətini Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin (USAİD) maliyyələşdirdiyi kiçik və orta sahibkarlığın inkişafı proqramı çərçivəsində başlamışdır. 2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankının lisenziyasını almışdır.
TBC Kredit 2004-cü ildən başlayaraq ABŞ-ın Xaricdə Özəl İnvestisiyalar Korporasiyası (OPİC) ilə səmərəli qaydada əməkdaşlıq edir və bu əmakdaşlığın nəticəsi kimi OPİC-dən 15 il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit almışdır. Həmçinin TBC Kreditin Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), MicroVest, responsAbility Social Investments AG, Triple Jump və Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə (BSTDB) əməkdaşlığı perspektivli inkişaf edir.
2007-ci ilin sonunadək TBC Kredit-in yeganə təsisçisi Enclude, USA beynəlxalq şirkətlər qrupuna daxil olan Triodos Ventures şirkəti olmuşdur. 2007-ci ilin dekabr ayında təşkilatın 75%-nin Gürcüstanın aparıcı bankı TBC Bank tərəfindən əlavə 7 milyon 500 min ABŞ Dolları investisiya qoyulması vasitəsilə alınması barədə razılıq əldə edilmişdir. Beləliklə, təşkilatın nizamnamə kapitalının məbləği hal-hazırda 10 milyon ABŞ Dolları təşkil edir.
TBC Kredit aşağıdakı məhsulların geniş spektrini təklif edir:
- İstehlak kreditləri
- İpoteka kreditləri
- Biznes kreditləri
TBC Kredit-in biznes sabitliyi, ilk öncə, müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi ilə şərtlənir. Peşəkarlıq, yüksək keyfiyyət və operativlik kimi xüsusiyyətlər təşkilatın əsaslandığı başlıca dəyərlərdəndir.
Təşkilatın müştərilərlə qarşılıqlı münasibətlərinin əsas prinsipini qarşılıqlı etibar təşkil edir. Təşkilatın üstünlüyü müştərilərin ehtiyaclarının bilməsi və dərindən anlamasından irəli gəlir. TBC Kredit öz gücünü ona yönəldir ki, hər bir müştəri ilə əməkdaşlıq məhsuldar və qarşılıqlı faydalı olsun.
Ünvan | Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 71-77 |
Telefon | (+994 12) 598 22 12 (daxili 101-104), Mob.: +994 50 255 95 79, +994 50 285 80 69 |
Filialı | 10 |
Sayt | www.tbckredit.az |
E-poçt | [email protected] |
CEO | Spartak (Nukri) Tetrashvili |