Mikro kreditlər üzrə kiçik mütəxəssis
"TBC Kredit" BOKT Mikro kreditlər üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Öhdəliklər:
∙ Ərazi üzrə potensial müştərilərin obyektlərinə gedib kredit məhsulları barədə məlumat verib, müştəri cəlb etmək;
∙ Cəlb etdiyi müştərilərin maliyyə vəziyyətini və ödəniş qabiliyyətini analiz etmək;
∙ Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştərilərin əməkdaşlığa cəlb etmək;
∙ Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək.
Tələblər:
∙ Ali təhsil (istənilən);
∙ Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
∙ İş təcrübəsi tələb olunmur;
∙ Yaxşı ünsiyyət və komanda da işləmə bacarığı;
∙ Sərbəst şəkildə fikir izah etmə bararığı;
∙ Yeni insanlarla ünsiyyət qurmağa həvəsli olması;
∙ Müştəri cəlbetmə və inandırıcılıq qabiliyyəti.
İş şəraiti:
∙ İş qrafiki: 5 günlük;
∙ İş saatı: 09:00-18:00
∙ İş yeri: Bakı şəhəri.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Mikro kreditlər üzrə kiçik mütəxəssis" qeyd etməklə, [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.