“Bank Technique” və VISA ilə Braziliyadakı futbol həyəcanını canlı izlə | Banco.az

“Bank Technique” və VISA ilə Braziliyadakı futbol həyəcanını canlı izlə

“Bank Technique” ASC və “VISA” ödəmə sistemi müştərilərinə 2014-cü ildə Braziliyadakı futbol üzrə Dünya Çempionatına getmək şansından istifadə etməyi təklif edir. Bundan əlavə iştirakçılar arasında eksklüziv suvenirlər oynanılacaq.

10 mart - 30 aprel tarixlərində keçiriləcək birgə lotereyada iştirak üçün Azərbaycanda və xaricdə, o cümlədən onlayn alış-veriş zamanı VISA kartı ilə ödəniş etmək, xaricdə bankomat vasitəsilə nağdlaşdırma əməliyyatı aparmaq kifayətdir. Məbləğdən asılı olmayaraq hər bir şəxs, VISA ilə ödədikdə, avtomatik olaraq aksiyaya qoşulur və hər aparılmış əməliyyat bir şans kimi qiymətləndirilir.

Qaliblər 2014-cü ilin may ayında təsadüfi seçim yolu ilə seçiləcəklər. Ödənişləri VISA ilə aparın və bu yay futbol həyəcanını canlı izləyin.

Məlumat üçün:

Ən sərfəli kredit üçün müraciət et

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.