AMB not hərraclarının sayını 24%-dək artırıb | Banco.az

AMB not hərraclarının sayını 24%-dək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankı 146 not hərracı keçirib.

Banco.az bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 23,7% çoxdur.

AMB-nin not portfelinin ümumi həcmi dövrün sonuna 1.7 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin sonu ilə müqayisədə 1.4 mlrd. manat çoxdur.

Keçirilən hərraclardan 37-si 28 günlük, 36-sı 84 günlük, 37-si 168 günlük, 36-si isə 252 günlük notlar üzrə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram