Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın çip istehsalçısı Intel-in xalis mənfəəti bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18% azalaraq 3,3 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, şirkətin açıqladığı maliyyə hesabatına əsasən, hesabat dövründə gəliri 21% artaraq 16,5 milyard dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 13,7 milyard dollar olub.
Intel-in səhm başına mənfəəti də ötən ilin eyni dövründəki 90 sentdən 60 sentə düşüb.
Şirkət dördüncü rüb üçün gəlirinin 15-16 milyard dollar, səhm başına mənfəətinin isə 10 sent olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Intel-in üçüncü rüb üzrə gəlir və mənfəət göstəriciləri bazar gözləntilərini üstələsə də, dördüncü rüb üçün proqnozları analitiklərin gözləntilərindən aşağı olub.
