Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırıb | Banco.az

Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırıb.

Banco.az xəbər verir ki, Kanada Mərkəzi Bankının açıqlamasında yüksək enerji qiymətlərinin digər məhsul və xidmətlərin qiymətlərinə yayılma riskini azaltmağın hədəfləndiyi bildirilib.

Açıqlamaya görə, bank gecəlik faiz dərəcəsini 2,50 faizə, bank faizini 2,75 faizə, depozit faizini isə 2,45 faizə yüksəldib.

İyul ayından bəri enerji qiymətlərinin yüksək olmasına baxmayaraq, qlobal iqtisadi fəallığın dayanıqlığını qoruduğu qeyd olunub. Neft qiymətlərinin yüksək səviyyədə qalması fonunda bir çox ölkədə inflyasiyanın artdığı vurğulanıb.

Bəyanatda cari göstəricilərin Kanada iqtisadiyyatının üçüncü rübdə təxminən 2 faiz artacağına işarə etdiyi bildirilib. Bu isə iyul ayında proqnozlaşdırılandan daha güclü nəticədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram