Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 mlrd. dolları ötüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 1 milyard 109 milyon 167 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 9 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 566 milyon 665 min dollar təşkil edib.

Bu da illik müqayisədə 6,9% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 9,2%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 530 milyon 259 min dollar olub. 

Azərbaycandan idxal isə 542 milyon 501 min dollara bərabər olub. Bu isə illik müqayisədə 22,9% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 441 milyon 394 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram