Müəllif: Gülnar Əhmədli, Banco.az
"Mərkəzi Bankın 2026-cı ilin birinci yarımili üzrə hesabatına əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18,7%-ə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artım deməkdir".
Bunu iqtisadçı ekspert Günay Hüseynova Banco.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, əslində bu göstərici bütün ailələrin borc yükünün artması demək deyil. "Sadəcə, rəqəmin bu qədər yüksəlməsi ilk növbədə artan gəlirlər kimi qiymətləndirilə bilər. Statistik məlumatlara əsasən əhalinin gəlirləri artıb. Artan gəlirlər fonunda gündəlik xərclərin kredit hesabına ödənilməsi və ya mövcud krediti olduğu təqdirdə yenidən kreditə müraciət ümumi borc yükünü artırıb".
G. Hüseynova qeyd edib ki, məsələn artan gəlirlər fonunda həmin gəlirlərlə borcun müəyyən hissəsi və ya artan gəlirlə yığım, investisiya olsaydı, borc yükü də ötən dövr ilə müqayisədə 0.3% artım göstərməzdi. Məsələnin görünməyən və konkret statistikaya yansımayan tərəfi isə tədris ilinin başlanması ilə əlaqədar ola bilər. Mobil telefonların, məişət avadanlığı və s. məhsulların əksərən kredit ilə alınması istehlak kreditlərinin artmasına səbəb olduğunu düşünürəm".

Bizi sosial şəbəkələrdən izləyin!!
