Qrenlandiya və Antarktidada 12,5 trilyon ton buz əriyib | Banco.az

Qrenlandiya və Antarktidada 12,5 trilyon ton buz əriyib

Müəllif:Mehin Qasımova,Banco.az

1979-cu ildən bəri Qrenlandiya və Antarktidadakı buzlaqlardan təxminən 12,5 trilyon ton buz əriyib.

Banco.az xəbər  verir ki, Scientific Data jurnalında dərc edilən elmi araşdırmaya görə, Yer kürəsində temperaturun yüksəlməsi planetin iki ən böyük buz qatında ərimə prosesini sürətləndirir.

Mütəxəssislərin hesablamalarına görə,  əgər bütün əriyən su dondurularsa, bu nəhəng miqdar ABŞ-ın bütün səthini 1,5 metr dərinliyə qədər tamamilə örtəcək qədər böyük bir donmuş su kütləsi yaradacaq.

Ərimə prosesinin altıda beş hissəsi isti hava ilə deyil, buz təbəqələrini aşağıdan və yanlardan aşındıran isti sularla bağlıdır və bu da buzlaqların okeanlara axmasına səbəb olur.

Tədqiqatın müəllifləri bunun gələcək dəniz səviyyəsinin qalxması üçün pis xəbər olduğunu bildiriblər .

"Buz təbəqələri sürətlə əriyir. Qütb bölgələrini əridirik, dəniz səviyyələri qlobal miqyasda yüksəlir və bu, sahil ərazilərinin həssaslığını daha da artıracaq", - deyə alimlər qeyd edib.