Azərbaycan neftinin qiyməti 113 dolları ötüb | Banco.az

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,14 dollar və ya 4,75% artaraq 113,32 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,18 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.