Müəllif:Mehin Qasımova,Banco.az
Ukraynada yol hərəkəti qaydalarına edilən yenilik çərçivəsində 7.55 nömrəli yeni yol nişanı ölkə yollarında tətbiq edilməyə başlayıb.
Banco.az xəbər verir ki, yeni nişan sürücülük təhlükəsizliyini artırmaq və piyadaların keçidini daha rahat təmin etmək məqsədi daşıyır.
Kvadrat fonda qara qalxan simvolu və əyri ox əks olunub. Qalxan simvolu yolun ortasındakı fiziki adanı, əyri ox isə nəqliyyat vasitəsinin bu maneəni hansı tərəfdən yan keçməli olduğunu göstərir.
Çoxzolaqlı yollarda fiziki daralmanı və piyadalar üçün nəzərdə tutulmuş təhlükəsizlik adasını əvvəlcədən xəbərdar edir. Piyadalara yolu təhlükəsiz şəkildə keçə biləcəkləri mühafizəli keçid nöqtəsi barədə məlumat verir.
Nişanı görən sürücülər təhlükəsiz məsafəni saxlayaraq sürəti tədricən azaltmalıdırlar.
Nişanın yerləşdiyi zona boyunca zolaq dəyişmək və ötmə əməliyyatı aparmaq qadağandır.
Bu göstərici adətən sürət həddi məhdudiyyəti və yolun daralmasını xəbərdar edən digər nişanlarla birgə quraşdırılır.
