Azərbaycanda neçə ailə ünvanlı sosial yardım alır? | Banco.az

Azərbaycanda neçə ailə ünvanlı sosial yardım alır?

Bu ilin iyul ayının 1-nə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 349 min 278 nəfər təşkil edib.

Məlumata görə, sosial yardım alan ailə üzvlərinin sayı ötən ilin eyni tarixi ilə müqayisədə 4 min 35 nəfər və ya 1,1% azalıb.

Belə ki, ötən ilin iyul ayının 1-nə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 353 min 313 nəfər olub.

Eyni zamanda, bu ilin iyul ayının 1-nə Azərbaycanın əhalisinin sayı 10 milyon 273 min 450 nəfər təşkil edib.

Bu rəqəmlərə əsasən, ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı ölkə əhalisinin təxminən 3,4%-nə bərabərdir.

Başqa sözlə, Azərbaycanda hər 100 nəfərdən təxminən 3-ü ünvanlı dövlət sosial yardımından faydalanır.