Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarına əsasən 2014-cü ildə martın 20, 21, 22, 23 və 24-ü ölkəmizdə Novruz Bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə-bazar günlərində düşdüyündən mart ayının 25 və 26-ı də ölkədə qeyri iş günü olacaq.
Həmçinin mart ayının 8-i Beynəlxalq qadınlar günü bayramı şənbə gününə təsadüf etdiyindən, martın 10-da qeyri iş günü olacaqdır. Beləliklə Azərbaycanda gələn ay 10 günə qədər qeyri iş günü olacaq.