Azərbaycanla BVF arasında əməkdaşlıq müzakirə edilib | Banco.az

Azərbaycanla BVF arasında əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

Bu barədə nazirlik xəbər verir.

    Görüşdə cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlər, İqtisadiyyat Nazirliyinin bu sahədə fəaliyyəti, həmçinin vergi siyasəti və vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlar müzakirə edilib.

    Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi, qeyri-neft-qaz sektorunda investisiya siyasətləri barədə məlumat verilib, beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq imkanları qeyd olunub.

    Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.