Azər Fərəcov: "Bakı-Tbilisi-Bakı marşrutu üzrə 5 500-ə yaxın bilet satışa çıxarılıb" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azər Fərəcov: "Bakı-Tbilisi-Bakı marşrutu üzrə 5 500-ə yaxın bilet satışa çıxarılıb"

Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər mövcuddur və 5 500-ə yaxın bilet satışa çıxarılıb.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yüksək tələbatı nəzərə alaraq, hazırda sistemdə satış davam edir: "Lakin, ola bilər, müraciətlərin sayı çox olduğundan, müəyyən ləngimələr baş verir. Amma hər hansı çətinlik yoxdur".

O qeyd edib ki, hazırda biletlər satışa 30 gün əvvələ çıxır: "Lakin, 90 gün əvvələ satışın açılması üçün tərəfimizdən müəyyən işlər aparılır və işlər tam yekunlaşandan sonra, bununla bağlı açıqlama veriləcək".