Kredit departamentinin regionlar üzrə supervayzeri | Banco.az
Rabitəbank

Kredit departamentinin regionlar üzrə supervayzeri

Vakansiya haqqında məlumat: 

Maaş -1000-1200 AZN

Email - [email protected]

Vəzifələr: 

- Tabeçiliyində olan kredit mütəxəssislərinin etdikləri biznes təhlillərinin yoxlanılması
- Kredit işçiləri müstəqil təhlil etmək bacarığına malik olana qədər və həmçinin ehtiyac duyulduğu bütün hallarda müştərilərə vizit etmək 
- Yeni işə götürülmüş kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin öyrədilməsi (əsasən, regional filialların işçiləri) 
- Satış prosesinin təkmilləşdirilməsi ücün təkliflər vermək

Namizədlər üçün tələblər: 

- Ali təhsil 
- Ən azı 2 il bank və yaxud qeyri-bank təşkilatında kreditlərin verilməsi, təhlili və təcrübəsiz işçilərin öyrədilməsi sahəsində iş təcrübəsi 
- Riyazi bilik 
- Analitik düşüncə tərzi 
- Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq, bilikləri bölüşmək bacarığı