“Sizin Lombard”ın xalis mənfəəti 66% artıb! | Banco.az

“Sizin Lombard”ın xalis mənfəəti 66% artıb!

Şirkətin audit edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində əsas maliyyə göstəriciləri üzrə artım qeydə alınıb ki, bu da fəaliyyətin dayanıqlığını və davamlı inkişafını əks etdirir.

Audit edilmiş maliyyə hesabatına əsasən, şirkətin xalis mənfəəti 2025-ci ildə 5 milyon 50,1 min manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 2 milyon 15,1 min manat və ya 66,4 faiz çoxdur.

Hesabat ilində şirkətin faiz gəlirləri 24 milyon 349,1 min manata yüksəlib. Eyni zamanda aktivlərin həcmi 61 milyon 63,5 min manata çatıb, yəni ötən illə müqayisədə 15,4 faiz artım qeydə alınıb.

Hesabat dövrünün sonunda kredit portfeli 50 milyon 833,7 min manat olub. Bu, 9,9 faiz artım deməkdir.

Şirkətin haqq və komissiya gəlirləri ötən illə müqayisədə 1 milyon 38 min manat artaraq 1 milyon 240,2 min manata çatıb.

Hesabat dövrünün sonunda cəmi öhdəliklər 57,59 milyon manat olub ki, bu da əvvəlki il ilə müqayisədə 13.4% çoxdur. Cəmi kapital 3.47 mln. manata yüksələrək 60.3% artıb. Bölüşdürülməmiş mənfəət 3.22 mln. manat təşkil edib ki, bu da 68.3% artım deməkdir.