Ən çox qızıl ehtiyatına malik ölkələr – Siyahı | Banco.az

Ən çox qızıl ehtiyatına malik ölkələr – Siyahı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qlobal bazarlarda "təhlükəsiz liman" hesab edilən qızıl ehtiyatları ilə bağlı yenilənmiş reytinq açıqlanıb. Dünya Qızıl Şurasının məlumatlarına görə, 2026-cı il etibarilə ən böyük qızıl ehtiyatına sahib ölkələr müəyyənləşib.

Banco.az xəbər verir ki, məlumata əsasən, bir çox ölkə iqtisadi dalğalanmalara qarşı ehtiyatlarını gücləndirməyə davam edir və qızıl strateji aktiv kimi əhəmiyyətini qoruyur.

Xüsusilə böyük iqtisadiyyatlar mərkəzi banklar vasitəsilə qızıl ehtiyatlarını artıraraq maliyyə təhlükəsizliyini möhkəmləndirməyə çalışırlar.

Ən çox qızıl ehtiyatları olan 20 ölkə

  1. ABŞ – 8 133 ton

  2. Almaniya – 3 350 ton

  3. İtaliya – 2 452 ton

  4. Fransa – 2 437 ton

  5. Çin – 2 313 ton

  6. Rusiya – 2 305 ton

  7. İsveçrə – 1 040 ton

  8. Hindistan – 881 ton

  9. Yaponiya – 846 ton

  10. Niderland – 612 ton

  11. Polşa – 582 ton

  12. Türkiyə – 535 ton

  13. Avrozonası – 507 ton

  14. Tayvan – 424 ton

  15. Özbəkistan – 416 ton

  16. Portuqaliya – 383 ton

  17. Qazaxıstan – 354 ton

  18. Səudiyyə Ərəbistanı – 323 ton

  19. Böyük Britaniya – 310 ton

  20. Livan – 287 ton

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram