Unibank
Təmir və texniki dəstək şöbəsinin Mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Daxil olan texniki xidmət sifarişlərini qəbul etmək, qeydiyyata almaq və icrasına nəzarət etmək;
- Kommunal xidmətlər üzrə ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- İnzibati binalarda yaranan texniki və istismar problemlərinin operativ şəkildə aradan qaldırılmasını təşkil etmək, görülən işlər barədə aidiyyəti məsul şəxsləri mütəmadi məlumatlandırmaq;
- İnzibati binaların işıqlandırma, istilik, reklam lövhələri və digər texniki sistemlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, aşkar olunan nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək
- Binaların texniki avadanlıqlarının mütəmadi yoxlanılmasını və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Kiçik elektrik və texniki təmir işlərinin icrasına qismən nəzarət etmək;
- İşçilərə gündəlik texniki dəstək göstərmək və daxili sorğuları operativ həll etmək;
Tələblər
- Müvafiq sahə üzrə orta ixtisas və ya ali təhsil
- Komandada effektiv işləmək və verilmiş tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək bacarığı;
- Yüksək diqqətlilik, dəqiqlik və detallara fokuslanma;
- Məsuliyyətli və intizamlı yanaşma;
- Operativ qərarvermə və problemləri çevik şəkildə həll etmə bacarığı
Müraciət üçün daxil olun
