Böyük Britaniyada istehsal fəaliyyəti son dörd ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Böyük Britaniyada istehsal fəaliyyəti son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada istehsal fəaliyyəti son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, “S&P Global Market Intelligence” Böyük Britaniyanın may ayına dair emal sənayesi üzrə Satınalma Menecerləri İndeksi (PMI) göstəricilərini açıqlayıb.

Məlumata əsasən, mövsümi təsirlərdən təmizlənmiş emal sənayesi PMI may ayında 53,9 bəndə yüksələrək son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici aprel ayında 53,7 bənd olmuşdu.

Digər tərəfdən, ABŞ/İsrail–İran müharibəsi səbəbindən Hörmüz boğazında ticarət axınının pozulması təchizat zəncirində problemlər yaradıb. Nəticədə şirkətlər xammal çatışmazlığı və satınalma xərclərinin artması kimi mühüm çətinliklərlə üzləşməkdə davam ediblər.

Böyük Britaniyadakı istehsalçılar may ayı ərzində xammal qiymətləri və təchizat zəncirləri üzərində ciddi təzyiqlərin hiss olunduğunu bildiriblər. Eyni zamanda, satınalma xərclərinin artım tempi də təxminən son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram