Tarixin ən böyük IPO-su üçün hədəf kiçildilib | Banco.az

Tarixin ən böyük IPO-su üçün hədəf kiçildilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tarixin ən böyük IPO-su üçün hədəf kiçildilib.

Banco.az xəbər verir ki, “SpaceX” ilkin kütləvi təklif (IPO) prosesi çərçivəsində investorlar və məsləhətçilərlə aparılan müzakirələrdən sonra hədəflərini müəyyən qədər kiçiltsə də, hələ də tarixdəki ən böyük bazar çıxışlarından birinə hazırlaşır.

“SpaceX”in 20 may 2026-cı il tarixli ilkin kütləvi təklif sənədləri göstərir ki, şirkət artıq yalnız peyk interneti xidməti göstərən və ya raket istehsal edən müəssisə olmaqdan çıxaraq süni intellekt infrastrukturu şirkətinə çevrilir.

Şirkət gələcək strategiyası çərçivəsində orbitdə yerləşdiriləcək məlumat mərkəzləri qurmağı hədəfləyir.

“SpaceX” süni intellekt xidmətləri və infrastruktur həlləri vasitəsilə ümumi həcmi 28,5 trilyon dollar olan nəhəng bazarda güclü oyunçulardan birinə çevrilməyi planlaşdırır.

Şirkət 2025-ci ildə gəlirlərini 18,7 milyard dollara çatdırıb. Halbuki bu göstərici əvvəlki ildə 14 milyard dollar səviyyəsində idi.

İlkin kütləvi təklif sənədlərində əks olunan maliyyə göstəriciləri böyümə yönümlü investisiyaların gəlirlilik üzərində yaratdığı təzyiqi də ortaya qoyur.

Şirkət 2024-cü ildə 791 milyon dollar mənfəət açıqlasa da, intensiv investisiya mərhələsi olan 2025-ci ili 4,94 milyard dollar zərərlə başa vurub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram