DəmirBank-ın Xəzər filialı Bankın xidmət şəbəkəsinin optimallaşdırılması strategiyasına uyğun olaraq yeni ünvana köçürülüb.
Bakı şəh., A. Məhərrəmov küç., 33 A ünvanında (“Şamaxinka”dan 3 mk/r dairəsinə düşən yol, Azərpoçtun yanında) yerləşən Xəzər filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.
DəmirBank son 3 ilə yaxın müddətdə 13 filialını yeni ofislərə köçürüb və daha bir neçə filialın köçürülməsi nəzərdə tutulur. Bankın yeni ofislərə köçürülən filiallarında yeni interyer tərtibat standartları tətbiq edilib və bu proses hazırda davam edir.
Hazırda DəmirBank-ın 32 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 19-u isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqan şəhərlərində yerləşir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.