Bu il xaricdən 245 milyon dollarlıq buğda idxal edilib | Banco.az

Bu il xaricdən 245 milyon dollarlıq buğda idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-noyabr aylarında 244 milyon 632 min ABŞ dolları dəyərində 1 milyon 131 min 876 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,5%, miqdarı isə 1,3% artıb.

Ötən ilin eyni dövründə idxal edilən buğdanın dəyəri 241 milyon 93 min dollar, miqdarı isə 1 milyon 117 min 277 ton olub.

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 216,1 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (215,8 dollar) ilə müqayisədə 0,1% və ya 0,3 dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram