Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya Qızıl Şurası tərəfindən yayımlanan “Qızıl 2026 Görünümü” adlı hesabatına görə, qızıl 2026-cı ildə iqtisadi və geosiyasi inkişafların fonunda yenidən yüksələ bilər.
Qeyd edilib ki, qızılın qiyməti 2025-ci ildə qeyri-adi performans göstərərək noyabr ayının sonuna olan məlumata görə illik 60 faizdən çox gəlir əldə edib və il ərzində 50-dən çox rekord yeniləyib.
Mövzu ilə bağlı iqtisadçı Kənan Quluzadə Banco.az-a danışıb.
İqtisadçının sözlərinə görə, qızılın qiymətindəki dəyişikliklər siyasi gedişatlarla əlaqədardır: "Qızıl qiymətlərinin sabit qalacağı və yaxud da dəyər itirəcəyi ilə bağlı ehtimallar çox azdır. Çox böyük ehtimal var ki, qızıl gərgin geosiyasi durumda öz dəyərini durmadan artıracaq. Çünki qızıl təhlükəsiz, riski daha az olan bir yatırım ünsürüdür".
Hansı hallarda qızılın qiyməti azala bilər?
K. Quluzadə bildirib ki, məsələn, ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini aşağı salarsa, qızılın dəyəri ucuzlaşa bilər: "Bu isə hazırda gözlənilmir. Yaxud da beynəlxalq maliyyə böhranı olacağı təqdirdə bütün növ aktivlərin qiymətində azalmalar, zəifləmələr olarsa və daha çox “cash” aktual olacağı zaman bu tipli yatırım ünsürlərində qiymət stabilliyi və ya enişi ola bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
