Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın internet bazarında bu ilin noyabr ayında “Google Chrome”un bazar payı 82.75% təşkil edib. Bu isə onu ölkədə ən populyar brauzer edib.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, cari ilin oktyabr ayında bu göstərici 81,29%, sentyabrında isə 79.63% təkil edib.
“Safari” brauzerinin bazar payı noyabrda 7.29% olub. Oktyabrda isə 7.91% idi.
Ötən ay ölkədə ən çox istifadə edilən 3-cü brauzer “Opera”nın payı isə oktyabrdakı 2.7%-dən 2.37%-ə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
