Moda nəhəngləri birləşdi – “Prada” Versace-ni 1,3 milyard avroya aldı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Moda nəhəngləri birləşdi – “Prada” Versace-ni 1,3 milyard avroya aldı

Müəllif:Mehin Qasımova,Banco.az

İtalyan moda evi “Prada” uzun müddət davam edən danışıqlardan sonra rəqibi Versace-nin alınmasını tamamladığını açıqlayıb. 

Banco.az xəbər verir ki, “Prada” sahibləri Miuccia Prada və Patrizio Bertelli-nin oğlu Lorenzo Bertelli bildirib ki, inteqrasiya tamamlandıqdan sonra Versace-nin direktorlar şurasının sədri olacaq.

Bertelli vurğulayıb ki, sövdələşmə uzun müddətdir davam edən danışıqların nəticəsidir və Versace-nin iki əsas şərtə cavab verdiyi üçün dəyərli olub: maliyyə riski minimaldır və marka məlumatlılığı dünya liderləri sırasındadır.

Qeyd edək ki, mart ayında Versace-nin kreativ direktoru Donatella Versice təxminən 30 ildən sonra vəzifəsindən istefa etmiş, onun yerinə Miu Miu-nun keçmiş dizayn direktoru Dario Vitale təyin olunub.