Son 1 ildə Azərbaycanda pul bazası 8%-dək artıb | Banco.az

Son 1 ildə Azərbaycanda pul bazası 8%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda pul bazası cari ilin 1 dekabr tarixinə 22 milyard 128.4 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın əvvəli ilə müqayisədə 3,4% çoxdur.

Qeyd edək ki, pul bazası 2024-cü ilin 1 dekabr tarixi ilə müqayisədə 7,5% artıb. Ötən ilin eyni dövründə pul bazasının həcmi 20 milyard 576.8 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram