Avrozonada işgüzar aktivlik azalıb | Banco.az

Avrozonada işgüzar aktivlik azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada biznes fəaliyyətinə xidmət sektorunun dəstəyi özünü göstərir.

Banco.az xəbər verir ki, S&P Global-ın məlumatlarına görə, Avrozonanın kompozit PMI indeksi noyabr ayında 52,4-ə geriləyib, lakin 50 olan həlledici həddin üstündə qalıb. İndeks oktyabrda 52,5 səviyyəsinə qalxaraq son 2 ilin zirvəsinə çatmışdı.

Xidmət sektoru PMI indeksi oktyabrdakı 53 səviyyəsindən 53,1-ə yüksəlib. Bu, 2024-cü ilin may ayından bəri qeydə alınan ən yüksək göstəricidir. İndekslərin 50-dən yuxarı olması sahələrdə artıma işarə edir.

Bununla belə, emal (istehsal) sənayesi daralıb. İmalat PMI indeksi 50-dən 49,7-yə düşüb.

20 ölkədən ibarət blok, ilin əvvəlindən bəri qlobal qeyri-müəyyənliyin yüksək olmasına baxmayaraq iqtisadi dayanıqlılıq göstərib.

Almaniyada kompozit PMI 52,1 xal ilə proqnozların altında qalsa da, ölkə hələ də blokun hərəkətverici qüvvəsi olaraq qalır. Büdcə ilə bağlı davamlı problemlərin yaşandığı Fransada isə göstərici gözləntiləri aşaraq 49,9 səviyyəsinə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram