Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan MDB ölkələrinə 1 milyard 462 milyon 172 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56 milyon 841 min ABŞ dolları (4%) çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 4 milyard 804 milyon 710 min ABŞ dolları dəyərində olub.
Bu isə 2024-cü ilin ilk 10 ayına nisbətdə 508 milyon 335 min dollar və ya 11,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 1,4 milyard ABŞ dolları, idxalının dəyəri isə 4,3 milyard ABŞ dollarına bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
