Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin oktyabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 938.1 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 301.7 milyon manat (47.4%) çoxdur.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 636.4 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 341.1 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
