Qızıl 4000 dollardan ucuzlaşıb | Banco.az

Qızıl 4000 dollardan ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-Çin ticarət razılaşmasında əldə olunan irəliləyiş “təhlükəsiz liman” kimi qızıla olan tələbi azaltdıqdan sonra, qızıl avqustun ortalarından bəri ilk həftəlik enişini yaşayıb.

Banco.az xəbər verir ki, qızılın bir unsiya üçün qiyməti 3,2 faiz azalaraq 3 min 984 dollara qədər geriləyib. Qızıl 10 oktyabrdan bəri ən aşağı səviyyəsinə düşüb.

ABŞ Prezidenti Donald Trampın Asiya səfəri çərçivəsində apardığı diplomatik danışıqlar zamanı iki ölkənin müfəssəl bir razılaşmaya yaxınlaşdığını göstərməsi qızılın dəyər itirməsinə səbəb olub. Mümkün bir razılaşma qızıla tələbi artıran iqtisadi riskləri və geosiyasi gərginlikləri azalda bilər.

Ötən həftə qızılı rekord səviyyə olan 4 min 380 dollardan bir qədər yuxarı qaldıran sürətli yüksəliş aktivin həddindən artıq alındığını göstərən siqnallarla geri çəkilib. Buna baxmayaraq, qızıl bu il təxminən 50 faizdən çox artım nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram