Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə 889,9 milyon manat xərclənib.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 515,1 milyon manat və yaxud 36,7 % azdır.
Hesabat dövründə səhiyyə xərclərinin 59,5 %-i icra edilib.