“Armani” şirkətinə bu şəxs baş direktor təyin olundu | Banco.az

“Armani” şirkətinə bu şəxs baş direktor təyin olundu

Müəllif:Mehin Qasımova,Banco.az

İtalyan moda nəhəngi "Armani" top menecmentində əhəmiyyətli dəyişiklik edib.

Banco.az xəbər verir ki, Cüzeppe Marsocci Armani-nin yeni baş direktoru təyin edilib.

“Reuters”in məlumatına görə, Marsoccnin təyinatı idarə heyətinin bugünkü iclasında rəsmi olaraq təsdiqlənəcək.

Sentyabrda brendin əfsanəvi qurucusu Giorgio Armani vəfat etdikdən sonra bu dəyişiklik şirkət rəhbərliyi üçün yeni dövrün başlanğıcını göstərir.

Moda sənayesindəki təcrübəsi və şirkət daxilində güclü mövqeyi ilə tanınan Marsoccinin Armani-nin qlobal vizyonunu davam etdirmək üçün seçilmiş namizəd olduğu bildirilir.

Yeni CEO brendin kommersiya artımını onun yaradıcı irsi ilə balanslaşdırmağa cavabdeh olacaq.