Bakıda ödənişli xidmətlərin dəyəri 10 %-dən çox artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bakıda ödənişli xidmətlərin dəyəri 10 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 558,3 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 10,3 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 6,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artaraq 9 milyard 287,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ini təşkil edib.