Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 85 milyon 64 min dollar dəyərində kakao və kakao məhsulları idxal edib.
Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.
Kakao idxalı 2024-cü ilin 7 ayı ilə müqayisədə 12 milyon 899 min dollar və ya 17,9% artıb.
Hesabat dövründə kakao idxalının ölkənin ümumi idxalında payı 0,62% təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 72 milyon 165 min dollar dəyərində kakao idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!