Azərbaycanda çay istehsalı 5%-dən çox azalıb | Banco.az

Azərbaycanda çay istehsalı 5%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ilin yanvar-iyul aylarında 6 min 660 ton çay istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 5,5% azalıb.

Məlumata görə, 1 avqust tarixinə ölkədə hazır məhsul ehtiyatı 81,5 ton olub. 

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədən 3 milyon 906 min dollar dəyərində 430,8 ton çay ixrac edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram