Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” tərəfindən hazırlanmış və “X”in rəqibi olan sosial media tətbiqi “Threads”in aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib.
Banco.az xəbər verir ki, “Instagram”ın baş direktoru Adam Mosseri bildirib ki, istifadəyə verilməsindən cəmi iki il sonra “Threads” platformasının aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib. Mosseri deyib:
"Bir neçə həftə əvvəl etibarilə “Threads”də hər ay 400 milyondan çox aktiv istifadəçi var. Son iki il olduqca intensiv keçdi. “X” ilə rəqabət aparmaq üçün dəlisov bir ideya ilə başlayan bu proses, fikirlərin açıq şəkildə paylaşıldığı mənalı bir platformaya çevrildi. Buranı bugünkü halına gətirdiyiniz üçün hamınıza minnətdaram.
Bizim tərəfimizdən görüləcək çox iş var, daha çoxu da gələcək."
Bu yeni mərhələ “Threads”in ötən rübdə 50 milyon aylıq istifadəçi əlavə edə bildiyi anlamına gəlir.
“Meta”nın baş direktoru Mark Zukerberq isə aprelin son həftəsində platformanın aylıq aktiv istifadəçi sayının 350 milyondan çox olduğunu açıqlamışdı. Bununla yanaşı, “X”in keçmiş baş direktoru Linda Yaccarinonun əvvəlki açıqlamalarına görə, “X”in aylıq aktiv istifadəçi sayı 600 milyonun üzərindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!