Banklar əhaliyə 608 mln. manat depozit faizi ödəyiblər | Banco.az

Banklar əhaliyə 608 mln. manat depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin iyul ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 608.1 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 201.1 milyon manat (49.4%) çoxdur.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 407 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 853.7 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram