Azərbaycanda notbuk istehsalı 58%-dən çox artıb | Banco.az

Azərbaycanda notbuk istehsalı 58%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 128,3 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 0,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 15,7 faiz azalıb.

Yanvar-iyun aylarında 1 430 ədəd notbuk (58,4% çox), 1 795 ədəd stolüstü kompüter, 254,2 min ədəd ölçmə cihazları, 200 ədəd güc transformatorları, 486 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram