Səudiyyə Ərəbistanının neft ixracı 4 ilin ən aşağı səviyyəsinə enib | Banco.az

Səudiyyə Ərəbistanının neft ixracı 4 ilin ən aşağı səviyyəsinə enib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsi aprel ayında Səudiyyə Ərəbistanının neft ixracatının 16,5 milyard dollar olduğunu açıqlayıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsi aprel ayına dair neft ticarəti ilə bağlı məlumatları açıqlayıb.

Məlumatlara görə, Səudiyyə Ərəbistanının xam neft və emal olunmuş məhsulların ixracından əldə etdiyi gəlir aprel ayında 16,5 milyard dollara enib. Bu isə illik müqayisədə 21 faiz, aylıq müqayisədə isə 7 faiz azalma deməkdir.

ABŞ Prezidenti Donald Trampın qlobal vergi tariflərini açıqlamasının ardından xam neft aprel ayında ucuzlaşıb, Brent markalı neft isə aprel ayında 15 faizdən çox enərək son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Brent neft qiymətləri enişdən sonra bir qədər toparlanıb və hazırda bir bareli təxminən 68 dollardan satılır.

Neft qiymətlərindəki bu eniş Səudiyyə Ərəbistanının maliyyə vəziyyətinə daha çox təzyiq göstərir. Ölkə Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın “Vizyon 2030” strategiyası çərçivəsində aparılan xərclər və büdcə kəsirləri səbəbindən çətin vəziyyətlə üzləşib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram