Böyük Britaniyada pərakəndə satışlar kəskin şəkildə azalır | Banco.az

Böyük Britaniyada pərakəndə satışlar kəskin şəkildə azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Milli Statistika İdarəsi Böyük Britaniyada pərakəndə satışların aylıq olaraq 2,7% azaldığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu il ilk dəfə pərakəndə satışlarda azalma müşahidə olunub və bu da ikinci rübdə iqtisadiyyatın çətinliklərlə qarşılaşa biləcəyinə işarə edir.

Britaniya Milli Statistika İdarəsi (ONS) bu gün həm onlayn, həm də fiziki mağazalarda satılan məhsulların həcminin 2025-ci ilin ilk dörd ayındakı artımdan sonra 2,7 faiz azaldığını açıqlayıb.

"Bloomberg"in 19 iqtisadçı arasında apardığı sorğuya əsasən, aylıq əsasda pərakəndə satışların təxminən 0,5 faiz azalacağı gözlənilirdi.

Lakin bu azalma gözləntiləri üstələyib və 2023-cü ilin dekabrından bəri ən kəskin geriləmə olub.

Pərakəndə sektoru birinci rübdə 2021-ci ildən bu yana ən yaxşı göstəricisini nümayiş etdirmişdi, lakin artan real maaşların yaratdığı satış dalğası birdən-birə dayanıb.

Statistikaya əsasən:

  • Qida məhsullarının satışında 5 faiz azalma,

  • Ev əşyaları satışında 2,5 faiz azalma,

  • Geyim və ayaqqabı satışlarında isə 1,8 faiz azalma qeydə alınıb.

Bu geriləmənin ilin birinci rübündəki iqtisadi artımdan sonra, ikinci rübdə Britaniya iqtisadiyyatında mənfi təsirləri artıracağı və iqtisadi yavaşlamanın baş verəcəyi ehtimal olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram